AZ

Starmer: Rusiya atəşkəslə bağlı çağırışımıza məhəl etməsə, Ukraynaya hərbi yardımı dəfələrlə artıracağıq

Əgər Rusiya yaxın günlərdə atəşkəslə bağlı çağırışımıza məhəl etməsə, Böyük Britaniya və ABŞ Ukraynaya hərbi yardımı dəfələrlə artıracaq.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə mayın 10-da Böyük Britaniyanın Baş naziri Kir Starmer Kiyevdə keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu, Rusiya üçün ən yaxşı və yeganə şansdır: "Hesab edirəm, Rusiya lideri hərbi güc nümayiş etdirmək əvəzinə bunu düşünsə, ölkəsi üçün daha faydalı olar" - o, əlavə edib.

Seçilən
0
1
report.az

10Mənbələr