Əgər Rusiya yaxın günlərdə atəşkəslə bağlı çağırışımıza məhəl etməsə, Böyük Britaniya və ABŞ Ukraynaya hərbi yardımı dəfələrlə artıracaq.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə mayın 10-da Böyük Britaniyanın Baş naziri Kir Starmer Kiyevdə keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu, Rusiya üçün ən yaxşı və yeganə şansdır: "Hesab edirəm, Rusiya lideri hərbi güc nümayiş etdirmək əvəzinə bunu düşünsə, ölkəsi üçün daha faydalı olar" - o, əlavə edib.