AZ

Hindistan və Pakistan tam atəşkəs barədə razılığa gəldi

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Hindistan və Pakistan Vaşinqtonun vasitəçiliyi ilə tam və dərhal qüvvəyə minəcək atəşkəs barədə razılığa gəliblər.

Tribunainfo.az xəbər verir ki, Bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“ABŞ-ın vasitəçiliyi ilə gecə boyunca davam edən danışıqlardan sonra məmnuniyyətlə bildirirəm ki, Hindistan və Pakistan dərhal qüvvəyə minəcək tam atəşkəslə bağlı razılığa gəliblər. Hər iki ölkəni sağlam düşüncəyə və müdrikliyə görə təbrik edirəm. Bu məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirəm!”, – deyə Tramp yazıb.

ABŞ Dövlət katibi Marko Rubio da sosial şəbəkə X-də paylaşım edərək son 48 saat ərzində Hindistan və Pakistanın yüksək vəzifəli rəsmiləri ilə atəşkəs məsələsi üzrə danışıqlar apardığını bildirib. Onun sözlərinə görə, Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vens də bu danışıqlarda iştirak edib.

“Əminliklə bildirirəm ki, Hindistan və Pakistan hökumətləri dərhal atəş açmağı dayandırmağa və neytral ərazidə geniş mövzuları əhatə edən danışıqlara başlamağa razılıq veriblər”, – deyə Rubio qeyd edib.

BBC-nin məlumatına görə, bu xəbəri Pakistanın vitse-premyer naziri İshaq Dar da təsdiqləyib. O bildirib ki, “Pakistan həmişə regionda sülhə və təhlükəsizliyə can atıb”.

İmran Kərimli

Seçilən
0
19
tribunainfo.az

10Mənbələr