AZ

Hindistan və Pakistan razılığa gəldi - RƏSMİ BƏYANAT

Hindistan və Pakistan arasında atəşkəs qüvvəyə minib.

Ölkə.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan XİN başçısının birinci müavini Vikram Misri brifinqdə bildirib.

Onun sözlərinə görə, danışıqların nəticəsi olaraq hər iki tərəfin quruda, havada və dənizdə bütün atəş və hərbi əməliyyatları dayandıracağı barədə razılıq əldə edilib.

Bundan əlavə, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazıb ki, Hindistan və Pakistan rəsmi Vaşinqtonun vasitəçiliyilə tam atəşkəs barədə razılığa gəliblər.

"ABŞ-nin vasitəçiliyilə uzun çəkən gecə danışıqlarından sonra Hindistan və Pakistanın tam və dərhal atəşkəs barədə razılığa gəldiyini elan etməkdən məmnunam", - o qeyd edib.

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshak Dar isə öz növbəsində Hindistanla atəşkəs barədə məlumatı təsdiqləyib.

"Pakistan və Hindistan atəşkəs barədə razılığa gəliblər. Pakistan həmişə öz suverenliyi və ərazi bütövlüyünə xələl gətirmədən regionda sülh və təhlükəsizliyə çalışıb", - İ.Dar sosial şəbəkə hesabında yazıb.

Hindistan da öz növbəsində Pakistan ilə hərbi əməliyyatların dayandırılmasını və atəşkəsi təsdiqləyib.

"Hindistan və Pakistan arasında atəşkəs və hərbi əməliyyatların dayandırılması birbaşa iki ölkə arasında razılaşdırılıb", - Dehlidən vurğulayıblar.

Seçilən
0
4
olke.az

10Mənbələr