Ümummilli Lider Heydər Əliyev rəssam olmaq istəyib.
Far.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Xalq rəssamı, heykəltaraş Ömər Eldarov jurnalistlərə açıqlamasında deyib.
O, Ulu Öndərin heykəlinin müəllifi olduğunu xatırladaraq Heydər Əliyev ilə yaxın olduğunu bildirib:
"O mənə rəssam olmaq istədiyini deyirdi. Lakin Bakıya gələndə Rəssamlıq Akademiyası olmayıb. Ona görə də başqa sahə üzrə oxuyub, sonra hərbi xidmətə yola düşüb. Onun heykəlinin hazırlanması üçün bir il çalışmışam".