AZ

Heydər Əliyev rəssam olmaq istəyirdi - Ömər Eldarov

Ümummilli Lider Heydər Əliyev rəssam olmaq istəyib.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xalq rəssamı, heykəltaraş Ömər Eldarov Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə onun Fəxri xiyabandakı məzarını ziyarət edərkən bildirib.

O, Ulu Öndərin heykəlinin müəllifi olduğunu xatırladaraq onunla yaxın olduğunu deyib:

"O mənə rəssam olmaq istədiyini deyirdi. Lakin Bakıya gələndə Rəssamlıq Akademiyası olmayıb. Ona görə də başqa sahə üzrə oxuyub, sonra hərbi xidmətə yola düşüb. Onun heykəlinin hazırlanması üçün bir il çalışmışam".

Aygün Hüseyn, Sadiq Məmmədov, Bizim.Media

Seçilən
0
9
bizim.media

10Mənbələr