Astrologiyaya görə, bəzi bürclər iş həyatına böyük bir həvəslə yanaşsa da, bəziləri üçün bu proses kifayət qədər çətin və yorucudur. Bu bürclər həyatın dadını çıxarmağı, dincəlməyi üstün tuturlar.
Bəs ayağa qalxmağa belə ərinən insanlar hansı bürclərdən çıxır?
Referans tənbəlliyi ilə ad çıxarmış 5 bürcü təqdim edir:
Buğa
Buğa bürcü sakit və sabit bir həyat tərzini sevir. Təmizlik və təşkilatçılıq mövzusunda məhsuldar olsalar da, fiziki fəaliyyət tələb edən işlərə qarşı isti münasibət bəsləmirlər. Onlar üçün komfort hər şeydən önəmlidir.
Buğalar hər şeyi tələsmədən, tədricən etməyi xoşlayırlar. İşə qarşı məsuliyyət hissləri olsa da, hərəkət etməyə gəldikdə çox vaxt tənbəllik edirlər. Xüsusilə rahat bir mühitdə olduqda onları hərəkətə gətirmək çətin ola bilər.
Dolça
Dolçalar əqli və yaradıcı sahələrdə uğurludurlar, lakin gündəlik, təkrarlanan işlər onlara darıxdırıcı gəlir. Başqaları üçün bir şey etmək fikri onlara cazibədar görünmür və çox vaxt şəxsi maraqlarına qapılırlar.
Məişət işlərindən çəkinirlər və özlərini intellektual məşğuliyyətlərə həsr etməyi üstün tuturlar. Bu səbəbdən sadə və rutin tapşırıqları yerinə yetirməkdə çox zaman laqeyd davranırlar.
Tərəzi
Tərəzilər harmoniyanı və rahatlığı sevən bürclərdəndir. Qərar verməkdə çətinlik çəkirlər və hər şeyin asan, stressiz olmasını istəyirlər. İşə başlamaqda gecikir, çox vaxt son tarixə qədər gözləyirlər və ya məsuliyyəti başqasının üzərinə atmağa çalışırlar.
Təzyiq altında işləməyi sevmədikləri üçün bəzən sadəcə sakit bir həll yolu axtararaq məsuliyyətdən qaçırlar. Onları hərəkətə gətirmək üçün əlavə motivasiya lazım gəlir.
Oxatan
Oxatanlar sərbəstlik və macəra düşkünüdürlər. Onlar üçün həyatın dadını çıxarmaq daha önəmlidir, gündəlik vəzifələr isə sıxıcı və məhdudlaşdırıcı görünür. Yeni yerləri kəşf etmək, sərbəst fəaliyyət göstərmək onların həyat fəlsəfəsidir. Bu səbəbdən ənənəvi iş mühitlərində uzun müddət motivasiyalı qala bilmirlər.
Balıq
Balıqlar xəyalpərəst və emosional xarakterə sahibdirlər. Onlar yaradıcı və incəsənətə meyilli olsalar da, gündəlik tapşırıqları yerinə yetirməkdə tənbəllik edirlər. Balıqlar üçün məna daşıyan, ruhlarına uyğun və yaradıcı işlər daha uyğundur. Onlar rutin və gərgin mühitlərdə motivasiyalarını itirə bilərlər.// Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta