AZ

Hər şeyi səhv anlayan 5 BÜRC

Bəzən ünsiyyət problemləri sadəcə qarşı tərəfin dediyini anlamamaqdan deyil, dediklərini öz süzgəcimizdən keçirdiyimiz üçün yaranır. Astroloqiyaya görə bəzi bürclər deyilənlərə yox, hiss etdiklərinə əsaslanaraq reaksiya verirlər. Bu isə tez-tez anlaşılmazlıqlara və gərəksiz incikliklərə səbəb ola bilər. 

News24.az hər deyiləni üzərinə götürən, sözlərdə gizli mənalar axtaran 5 bürcü təqdim edir:

1. ƏKİZLƏR

Sürətli düşünər, sürətli mühakimə edər

Zəkası ilə seçilən Əkizlər bürcü, çox zaman qarşısındakını dinləyərkən belə zehni başqa cümlələr qurmaqla məşğuldur. Bu isə deyilənlə anladıqları arasında fərq yaradır. Tez-tez “Mən elə demədim ki!” cümləsini eşidə bilərlər.

2. BALIQ

İntuisiya ilə hiss edər, duyğuyla izah edər

Duyğusallığın simvolu olan Balıq bürcü, bir baxışa, səs tonuna və ya qısa bir mesaja saatlarla fikir verə bilər. Gerçəklərlə hiss etdikləri qarışanda isə daxili bir çıxılmazlıq yaşaya bilər. “Bəlkə sənə elə gəlib” cümləsi onlara tez-tez deyilir.

3. OXATAN 

Həqiqətləri pozitiv süzgəcdən keçirər

Oxatan bürcü nikbinliyi ilə tanınır, amma bu, bəzən hadisələri yüngül qəbul etməsinə səbəb olur. Ciddi bir tənqidi zarafat kimi anlaya bilər və ya vacib bir xəbərdarlığı “məni sevdiyi üçün deyir” şəklində yozar. Bu isə onu reallıqdan uzaqlaşdıra bilər.

4. XƏRÇƏNG 

Hər şeyi şəxsi qəbul edər

Xərçəng bürcü üçün sadə bir zarafat belə emosional yara ola bilər. Həddindən artıq həssas təbiəti ilə tez-tez “Bunu niyə mənə dedi?” deyə düşünür. Çox zaman reaksiya verməsə də, içinə atar və bunu ifadə etməkdə çətinlik çəkər.

5. DOLÇA 

Hər cümlənin altında mənalar axtarar

Zehni dərinliyi və analitikliyi ilə tanınan Dolça bürcü, çox zaman adi bir cümlədə belə gizli məna axtarar. Bu isə sadə bir söhbəti belə çətin və qarışıq hala gətirə bilər. Həddindən artıq analiz isə ünsiyyəti poza bilər.


Məryəm İlhamqızı


Seçilən
0
45
news24.az

10Mənbələr