XX əsrin ən qanlı savaşının, 350 mindən çox soydaşımızın həlak olduğu 2-ci Dünya müharibəsinin bitməsindən 80 il ötür. Budəfəki ildönümün ən böyük təzadı odur ki, faşizm üzərində qələbəni bayram edən Rusiyanın özü 4 ildir Ukrayna xalqının başına od ələyir, işğalçı müharibə aparır, üstəgəl, qonşularını ilhaqla hədələyir. O Ukrayna ki, 1941-45-də Rusiyadan sonra ən böyük itki verib - 7 milyon. O Ukrayna ki, qələbəni yaxınlaşdırmaqda müstəsna rol oynayıb.
Dünən Moskvada prezident Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyan və digər qonaqlarla birgə konsertdə olub. Orada “Vətən hardan başlayır?” (“С чего начинается Родина?”) məşhur mahnıya qulaq asıblar. Təsadüfmü? Qətiyyən. Sual da belədir ki, görəsən iki işğalçı ölkə özü üçün dəqiqləşdirdimi ki, vətən onlardan ötrü hardan başlayır?
Rusların tarixi vətəni təxmini bəlli: Moskva və Novqorod vilayətləri. Yerdə qalan ərazilərin - Krımın, Şimali Qafqazın və Həştərxan vilayətinin, Tatarıstan və Başqırdıstanın, Yakutiya və Tuvanın və s. ərazilərin onlara heç bir dəxli yoxdur. Hamısını istilaçı müharibələrlə qamarlayıb özlərinə birləşdiriblər. Daha biz SSRİ-dən qopan 14 respublikanı demirik.
Di gəl ki, Putinə görə, harada ruslar yaşayır, Rusiyanın sərhədi də oradan keçir. Halbuki həmin əhali əsasən işğaldan sonra ora köçürüləndir...
2020-ci ilin payızında haqq elədiyi cəzanı alan işğalçı ermənilərin - “Qafqaz qaraçıları”nın isə ümumiyyətlə, vətəni yoxdur. Daha doğrusu, Hindistanı deyirlər. Amma ermənilər Qafqazda özünə yer edər-etməz, aborigen qonşuların başına oyunlar açmağa başlayıb, namərdlik ediblər və edirlər. Özgə torpaqlarında rusun əli ilə qurulan süni dövlətlə kifayətlənməyib də, yeni ərazilərin xəyalı ilə yaşayırlar.
Yəni hər ikisi təfəkkürcə oxşar toplumlar. Biri “velikorus” virusundan əziyyət çəkir, o biri isə “böyük ermənistan” mərəzindən, “miatsum” virusundan. Ələlxüsus haylar uydurduqları tarixin əsiri olmaqla nə özlərinə, nə də qonşulara gün verib işıq vermirlər. Vaxtaşırı burunları ovulsa da, başdan zərbə yesələr də.
İndi guya onların lideri Nikol Paşinyan ağıllanıb, “real Ermənistan” qurmağa çalışır. Amma kiminlə, hansı əhali ilə? Erməni toplumu haqqın yoluna gəlmək istəyirmi? 44 günlük müharibədən ibrət dərsi götürübmü? Təəssüf ki, yox. Əks halda sülh müqaviləsinin imzalanması bunca uzanmazdı...
Məsələn, “Daşnaksütyun” partiyası idarə heyətinin üzvü, özünü hələ də utanmazcasına mifik “artsax”ın “sabiq xarici işlər naziri” sayan Qriqori Petrosyan ad-soyadlı şarlatan dünən görün nə ifraz edib. Səbrimizi basıb bu ikiayaqlı məxluqun sayıqlamasını oxuyaq: “Şuşinin azad edilməsi zaman məsələsidir. Bunu nə vaxt edəcəyik, necə edəcəyik bilmirik. Bu nəsil Şuşinin azadlığını görməyəcək. Amma gec-tez bu baş verəcək. Bizim vəzifəmiz ona hazırlaşmaqdır”.
Diqqət edin, erməni əbləh Xankəndinin də yox, “Şuşanın azad edilməsi”ndən dəm vurur. Sanki Şuşa 275 il öncə Pənahəli Xanın deyil, onların əcdadlarının əsasını qoyduğu bir erməni yaşayış məskəni. Yəni burdan-bura tipik erməni sırtıqlığı ilə tarixi həqiqəti danır, gözünün içinə kimi yalan danışır...
Zavallı dığa, Şuşa 4 il yarım qabaq öz azadlığına qovuşub. Əbədilik. Sən nəyi, haranı “azad etmək” istəyirsən? Ağzından çıxanı qulağın duyurmu? Gedin Qərbi Zəngəzurun, Göyçənin, İrəvanın dərdini çəkin ki, günün birində onlar da öz halal sahibinə qayıda bilər!
Məgər hələ də sizə çatmayıb ki, əlinizdəkilərə qane olmasanız, onu da itirəcəksiniz?! Axı eyni dırmığın dişləri üzərinə nə qədər ayaqyalın çıxıb yaralanmaq olar? Ötə yandan, erməni gənclərə siz hansı öyüdü verir, hansı “dəyərləri” aşılayırsız? Bezmədiniz? O yol keçilib axı. Həm də dəfələrlə və ermənilərə çox böyük müsibətlər gətirməklə.
İş də ondadır ki, erməni xalqına ən böyük pisliyi elə özləri - petrosyanlar, sərkisyanlar, köçəryanlar, ohanyanlar başqa bu kimi siyasi dələduzlar və hərbi canilər, daşnak-terrorçu tör-töküntüləri edib və edir. Demək, onların cavabını öncə erməni xalqı verməlidir. Sonra çox gec olacaq. Qısası, indi heç olmasa 29.7 min kv km-lik “real Ermənistan”ın qədrini bilin, yoxsa o da əlinizdən gedəcək...
“Çoxları bizə deyir ki, inqilab etdiniz, amma ölkə dəyişmədi. Serji çıxarıb Nikolu gətirdiniz, ölkə niyə dəyişmir? Çünki inqilab zəruri idi, lakin yetərli deyil. Əgər inkişaf etmək istəyiriksə, o zaman təkcə baş naziri deyil, özümüzü də dəyişməliyik”.
Bu “hikmətli” sözləri isə Moskvaya uçmazdan öncə Paşinyan İrəvanda söyləyib.
“Hindistan qaraçıları”nın ən böyük bəlası da bu. Zaman-zaman yazmışıq, bir daha başdan mayıf qəbilə üçün təkrarlayaq ki, ermənilərə hakimiyyət dəyişikliyindən çox təfəkkür dəyişikliyi lazımdır. Elə Paşinyanın özünə də. Sözdən əmələ keçmək vaxtı çatıb. Çoxdan...
Z. SƏFƏROĞLU