Los Angeles Lakers müntəzəm çempionatı 3-cü yerdə bitirsə də, pley-offlar komanda üçün yaxşı keçmədi.

Offsideplus.az xəbər verir ki, Kaliforniya təmsilçisi ilk turda (1/8 final) Minnesota Timberwolvesə məğlub olaraq mübarizəni dayandırıb - 1:4.

Komandanın ulduzu Lebron Ceyms bu haqda fikirlərini bölüşüb. O, təkcə özü ilə Luka Donçiçin bəs etmədiyini bildirib:

"Çempionluğu komandalar birlikdə qazanır. İş sadəcə, mən və Lukada bitmir. Meydançada daha 8 nəfər var".