Los Angeles Lakers normal mövsümü 3-cü yerdə bitirsə də, pley-offlar komanda üçün yaxş keçməyib.
Offsideplus.az xəbər verir ki, Kaliforniya təmsilçisi ilk turdaca Minnesota Timberwolves məğlub olaraq mübarizəni dayandırıb - 1:4.
Komandanın ulduzu Lebron James bu haqda fikirlərini bölüşüb. O, təkcə özü ilə Luka Doncic'in bəs etmədiyini bildirib:
"Çempionluğu komandalar birlikdə qazanır. İş sadəcə mən və Lukada bitmir. Meydanda daha 8 nəfər var".