Heydər Əliyev adına İdman Konsert Kompleksində "Aerobika gimnastikası üzrə 9-cu ölkə çempionatı və Bakı birinciliyi"nin ikinci günü keçirilir.
Day.Az xəbər verir ki, gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, üçlük və qrup proqramlarında çıxış edəcəklər.
Gün ərzində balacaların və uşaqların fərdi çıxışları, balacaların, uşaqların yeniyetmələrin, gənclərin və böyüklərin üçlük proqramda çıxışları olacaq. Ardınca yeniyetmələrin və böyüklərin qrup proqramında çıxışları davam edəcək.
Bu gün çıxış edən gimnastların mükafatlandırılması mərasimi ilə "Aerobika gimnastikası üzrə 9-cu ölkə çempionatı və Bakı birinciliyi"nə yekun vurulacaq.