Bakı. Trend:
Heydər Əliyev adına İdman Konsert Kompleksində “Aerobikagimnastikası üzrə 9-cu ölkə çempionatı və Bakı birinciliyi”ninikinci günü keçirilir.
Trend xəbərverir ki, gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraqfərdi, üçlük və qrup proqramlarında çıxış edəcəklər.
Gün ərzində balacaların və uşaqların fərdi çıxışları,balacaların, uşaqların yeniyetmələrin, gənclərin və böyüklərinüçlük proqramda çıxışları olacaq. Ardınca yeniyetmələrin vəböyüklərin qrup proqramında çıxışları davam edəcək.
Bu gün çıxış edən gimnastların mükafatlandırılması mərasimi ilə“Aerobika gimnastikası üzrə 9-cu ölkə çempionatı və Bakıbirinciliyi”nə yekun vurulacaq.