İspaniyanın "Real" klubu Almaniya təmsilçisi "Bayer 04"ün baş məşqçisi Xabi Alonso ilə 3 illik müqavilə imzalayacaq.
"Report" "Marca"ya istinadən xəbər verir ki, tərəflər artıq bütün məsələlərdə razılıq əldə ediblər.
43 yaşlı mütəxəssis mayın sonunda komandaya qoşulacaq. O, bu postda Karlo Ançelottini əvəzləyəcək.
Madrid təmsilçisi futbolçuların transferi ilə bağlı qərarı rəhbərliyin verəcəyini bildirib. Alonso isə bununla razılaşıb.
Qeyd edək ki, "Real" 33 turdan sonra La Liqada 75 xalla ikinci pillədə qərarlaşıb. Lider "Barselona"nın 79 xalı var.
"Cebheinfo.az"