AZ

“Real” yeni baş məşqçisi ilə anlaşdı

“Real” “Bayer”in baş məşqçisi Xabi Alonso ilə 3 illik müqavilə imzalayacaq.

Msport.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Bildirilib ki, tərəflər bütün məsələlərdə razılığa gəliblər. 43 yaşlı mütəxəssis mayın sonunda komandaya qoşulacaq. O, bu postda Karlo Ançelottini əvəzləyəcək.

Madrid təmsilçisi futbolçuların transferi ilə bağlı qərarı rəhbərliyin verəcəyini bildirib. Alonso isə bununla razılaşıb.

Qeyd edək ki, “Real” 33 turdan sonra La Liqada 75 xalla ikinci pillədə qərarlaşır və lider “Barselona”dan 4 xal geri qalır.

Seçilən
0
2
msport.az

5Mənbələr