Bakının Qaradağ rayonu, Umbakı qəsəbəsində körpü uçub, alternativ yolu isə sel yuyub aparıb.
Bakıvaxtı.az Xəzər TV-yə istinadən məlumat verir ki, ərazidən istifadə edən tibb işçiləri də çaydan keçmək məcburiyyətində qalıblar.
Əlacsız qalan sakinlər də çətinliklə yolu keçməyə çalışırlar.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sözçüsü Anar Nəcəfli bildirib ki, alternativ yolu yenidən bərpa etməyə çalışırlar.
Körpünün əsaslı şəkildə yenidən qurulmasına gəldikdə isə, bildirilib ki, bununla bağlı yaxın vaxtlarda qərar verilməsi gözlənilir.