AZ

Sel Qaradağ rayonunda körpünü və alternativ yolu dağıdıb – VİDEO

Bakının Qaradağ rayonu, Umbakı qəsəbəsində körpü uçub, alternativ yolu isə sel yuyub aparıb.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, ərazidən istifadə edən tibb işçiləri də çaydan keçmək məcburiyətində qalıblar.

Əlacsız qalan sakinlər də çətinliklə yolu keçməyə çalışırlar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli bildirib ki, alternativ yolu yenidən bərpa etməyə çalışırlar.

Körpünün əsaslı şəkildə yenidən qurulmasına gəldikdə isə, bildirildi ki, bununla bağlı yaxın vaxtlarda qərar verilməsi gözlənilır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
0
7
nocomment.az

8Mənbələr