ABŞ Prezidenti Donald Tramp yeni Roma Papasını təbrik edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Tramp “X” hesabında paylaşım edib.
"Yenicə Papa adı verilən kardinal Robert Fransis Prevostu təbrik edirəm. Onun ilk Amerika Papası olduğunu bilmək böyük şərəfdir. Bu olduqca həyəcanverici haldır və ölkəmiz üçün böyük şərəfdir.
Mən Papa XIV Leo ilə görüşməyi səbirsizliklə gözləyirəm. Bu, çox mənalı anlar olacaq!" – ABŞ lideri qeyd edib.
Qeyd edək ki, Prevost tarixdə ilk Papa seçilən amerikalı kardinaldır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta