Xəbər verdiyimiz kimi, Vatikanda yeni Roma Papası seçilib.
“Sitat.info”nun məlumatına görə, səsvermədə kardinalların etimadını Robert Francis Prevost qazanıb.
Bu məqamda yeni Papa ilə bağlı bir sıra məlumatları təqdim edirik:
ABŞ-dən seçilən ilk Papa XIV Lev adını qəbul edib.
267-ci Papa kimi tarixdə qalacaq Prevost 14 sentyabr 1955-ci ildə İllinoys ştatının Çikaqo şəhərində anadan olub.
O, uzun illər Katolik Kilsəsində müxtəlif vəzifələrdə çalışıb. Prevost xüsusilə Peruda missioner və Chiclayo yepiskopu kimi xidmət etməklə Latın Amerikasında dərin iz buraxıb.
2023-cü ildə Papa Fransisk tərəfindən Yepiskoplar İdarəsinin prefekti təyin edilib.
İspan və italyan dillərini mükəmməl bilir.
Prevost Romada Müqəddəs Tomas Aquinas Papalıq Kollecində kanon hüququ üzrə doktorluq dərəcəsi alıb.
Müqəddəs Avqustin ordenində layiq görülüb.