AZ

Yeni Roma Papası kimdir? – XIV Lev haqqında hər şey

Amerikalı kardinal Robert Prevo Roma Papası seçildi

 

Sfera.az xəbər verirki, Vatikan – Katolik kilsəsində mühüm tarixi dəyişiklik baş verib. Amerikalı kardinal Robert Fransisk Prevo yeni Roma Papası seçilərək pontifik adını XIV Lev olaraq elan edib. Bu hadisə həm Amerika, həm də dünya katolikləri üçün xüsusi bir mərhələnin başlanğıcı hesab olunur.

 

Xalq qarşısında ilk çıxış

 

Yeni Papa bu gün Vatikanın Müqəddəs Pyotr bazilikasının məşhur eyvanından xalqa göründü. Onun seçilməsi ilə Roma Papalığı tarixində ikinci dəfədir ki, bu vəzifəyə Amerika qitəsindən biri gətirilir. İlk dəfə bu tarixə argentinalı Xorxe Mario Berqolyo – hazırkı Papa Fransisk yazılmışdı.

 

Latın Amerikası təcrübəsi və islahat mesajı

 

69 yaşlı Robert Prevo ABŞ-da doğulub. Buna baxmayaraq, uzun illərini Peruda missionerlik fəaliyyətinə həsr edib. O, eyni zamanda Vatikanın Piskoposlar üzrə Dikasteriyasının prefekti kimi çalışıb və Avqustinyan rahiblərinin rəhbəri vəzifəsini iki dəfə icra edib.

 

Yeni Papa islahat yönümlü çıxışları, mülayim mövqeyi və beynəlxalq dini əməkdaşlıq təşəbbüsləri ilə tanınır. Onun rəhbərliyi dövründə Katolik Kilsəsində islahatların davam edəcəyi gözlənilir.

 

XIV Lev KİMDİR?

 

Əsl adı: Robert Fransisk Prevo

Yaşı: 69

Doğum yeri: ABŞ

 

Keçmiş vəzifələri:

 

Vatikanın Piskoposlar üzrə Dikasteriyasının prefekti

Avqustinyan rahiblərinin rəhbəri (iki müddət)

Təcrübəsi: Uzun illər Peru’da missionerlik fəaliyyəti

Katolik Kilsəsində yenilikçi və islahat yönümlü mövqeyi ilə tanınır

Tarixdə Amerikadan seçilən ikinci Roma Papasıdır.(Musavat.com)

 

Seçilən
0
1
sfera.az

10Mənbələr