
Roma Katolik Kilsəsinin növbəti rəhbərini seçmək üçün Vatikanda keçirilən konklav üçün toplaşan kardinallar kimin yeni Papa olacağı barədə razılığa gələ biliblər.
Yeniavaz.com xəbər verir ki, Sikstin kapellasının damındakı xüsusi borudan çıxan ağ tüstü buna sübutdur.
Yeni pontifikin kim olunduğu hələlik məlum deyil.
Yeni papanın tezliklə Müqəddəs Pyotr Bazilikasının mərkəzi pəncərəsində görünəcəyi gözlənilir.
***14:43
Sikstin kapellasında Roma Papasını seçən 133 kardinalın iştirakı ilə səsvermənin ikinci turu keçirilib.
Yeniavaz.com xəbər verir ki, səhər iki səsvermədən sonra kilsənin sobasından qara tüstü çıxmağa başlayıb. Bu isə namizədlərdən heç birinin lazımi səslərin üçdə ikisini toplamadığını göstərir.
Kardinalların ilk səsverməsi bir gün əvvəl baş tutub və bu, üç saatdan çox davam edib.
Roma hakimiyyətinin məlumatına görə, ilk axşam 50 minə qədər insan borunun aydın göründüyü Müqəddəs Pyotr meydanına toplaşıb. Həmişə olduğu kimi ilk səsvermə uğursuz olub.
Digər tərəfdən, hazırkı konklavda kvorum əvvəlki konklavlardan fərqli olaraq ən yüksək olub - 89 səs.
Bundan sonra günün sonuna qədər daha iki səsvermə olacaq.