AZ

Qara tüstü çıxmağa başladı. Vatikan konklavı ilk cəhddə yeni Papa seçə bilmədi

Mayın 7-də Vatikanda yeni Papanın seçilməsi üzrə konklavda səsvermənin birinci turu başa çatdı, lakin bu, nəticə vermədi - Sikstin kapellasının damındakı bacadan qara tüstü qalxdı ki, bu da pontifikin hələ seçilmədiyini göstərirdi. Vatikandan yayımı “Sky News” aparıb.

“RİA Novosti”-nin verdiyi məlumata görə, nəticələrin elanı nəzərdə tutulan vaxtdan təxminən iki saat gecikib. Əgər kardinallar yeni papa seçsəydilər, bacadan ağ tüstü çıxacaqdı.

Vatikanda keçirilən səsvermədə 133 kardinal iştirak edib. Yeni papa seçmək üçün iştirakçıların üçdə ikisindən çoxu, yəni ən azı 89 nəfər bir namizədə səs verməlidir.

Səsvermənin ikinci turu bu gün, mayın 8-i səhər yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 12:30) başlayacaq.

“Vatican News”un məlumatına görə, konklavın ilk günündə Müqəddəs Pyotr meydanına 45 mindən çox insan toplaşıb.

Almaz Həsənli

Seçilən
0
22
oxumeni.az

10Mənbələr