AZ

Peruda 5,5 bal gücündə zəlzələ baş verib

Peruda Ekvadorla sərhəddə 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 109 minə yaxın insanın yaşadığı Tumbes şəhərindən 23 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 45 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Seçilən
0
4
ucnoqta.az

10Mənbələr