İstanbulda daha bir zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası məlumat yayıb.
Zəlzələnin 4 bal gücündə olduğu bildirilir. Yeraltı təkanların episentri Mərmərə dənizinin Silivri sahilləri olub.
Qeyd edək ki, aprelin 23-də günorta saatlarında İstanbulda ardıcıl 6 güclü zəlzələ qeydə alınıb.
Zəlzələlər müvafiq olaraq 4.9, 4.5, 4.8, 4.4, 6.2 və 3.9 bal gücündə olub. Daha sonra isə ümumilikdə 51 afterşok qeydə alınıb. Yeraltı təkanlardan sonra İstanbulda insanlar evlərini tərk edərək parklara üz tutublar.
Bizim.Media