AZ

Eldar Əliyev beynəlxalq oyunları idarə edəcək

Beynəlxalq voleybol hakimi Eldar Əliyevin milli komandaların oyunlarına təyinatı təsdiqlənib.

"Football-plus.az" xəbər verir ki, o, iyunun 13-15-də Bakıda kişi voleybolçular arasında keçiriləcək Avropa Gümüş Liqasının ikinci mini-turnirində iki görüşdə referilik edəcək.

Əliyev iyunun 14-də türkiyəli həmkarı Cevril Ebru Kaya ilə birlikdə Macarıstan - Lüksemburq matçını idarə edəcək. Ertəsi gün isə Corce Stevanoviç (Serbiya) ilə birlikdə Azərbaycan - Macarıstan matçında iş başında olacaq.

Qeyd edək ki, millimiz Avropa Gümüş Liqasının Bakı mərhələsinin açılış matçında iyunun 13-də Lüksemburqla qarşılaşacaq. Görüşü idarə etmək Cevril Ebru Kaya (Türkiyə) və Corce Stevanoviçə (Serbiya) həvalə olunub.

Seçilən
0
2
football-plus.az

3Mənbələr