Azərbaycanlı beynəlxalq voleybol hakimi Eldar Əliyevin milli komandaların oyunlarına təyinatı təsdiqlənib.
Msport.az xəbər verir ki, o, iyunun 13-15-də Bakıda kişi voleybolçular arasında keçiriləcək Avropa Gümüş Liqasının ikinci mini-turnirində iki görüşdə referilik edəcək.
Əliyev iyunun 14-də türkiyəli həmkarı Cevril Ebru Kaya ilə birlikdə Macarıstan – Lüksemburq matçını idarə edəcək. Ertəsi gün isə Corce Stevanoviç (Serbiya) ilə birlikdə Azərbaycan – Macarıstan matçında iş başında olacaq.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Gümüş Liqasının Bakı mərhələsinin açılış matçında iyunun 13-də Lüksemburqla qarşılaşacaq. Görüşü idarə etmək Cevril Ebru Kaya (Türkiyə) və Corce Stevanoviçə (Serbiya) həvalə olunub.