Bakı. Trend:
Prezident İlham Əliyev 2022-ci il 24 dekabr tarixdə Qərbiazərbaycanlılarla görüşü zamanı Azərbaycan Xalq Cumhuriyyətitərəfindən tarixi şəhərimiz olan İrəvanın Ermənistanabağışlanmasını xəyanət və cinayət adlandırdı. Bu obyektiv tarixihəqiqətdir.
Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin“Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Ümummilli LiderHeydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.
“Məhz bu fikirləri əsas tutaraq Tarixi ədalətsizliyin hüquqiyolla aradan qaldırılması üçün Konstitusiya və Suverenlik İliçərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanla bağlıqərarını pisləyən Milli Məclis qərar layihəsinin hazırlanmasını,buna paralel olaraq, 1920-ci ildə də Sovet hökumətinin qərarı iləZəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana verilməsi faktını dapisləyən ayrıca bir qərarın qəbul edilməsini təklif edirəm”, - deyəmillət vəkili qeyd edib.