AZ

Vyetnam Azərbaycana smartfon satışını 26%-dən çox azaldıb – Qiymət bahalaşıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Vyetnamdan Azərbaycana 26 min645 ədəd smartfon idxal edilib.

Trend-inDövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasındaapardığı hesablamalara görə, bu sayda smartfonların idxalınaçəkilən xərc 11,7 milyon ABŞ dolları olub.

Vyetnamdan smartfon idxalı ötən ilin eyni dövrü ilə müqayisədəmiqdar ifadəsi ilə 9 min 650 ədəd və ya 26,6%, dəyər ifadəsi ilə706 min ABŞ dolları, yaxud da 5,6% azalıb.

Belə ki, ötən ilin ilk iki ayında Azərbaycana Vyetnamdan 12,4milyon ABŞ dolları dəyərində 36 min 295 ədəd smartfongətirilib.

Hesabat dövründə Vyetnamdan idxal olunan smartfonun bir ədədiüçün orta qiymət 440 ABŞ dolları olub ki, bu da, illik müqayisədə97,5 ABŞ dolları və ya 28,5% bahadır. Ötən ilin müvafiq dövründə buqiymət 342,5 ABŞ dolları idi.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycana 54,2milyon ABŞ dolları dəyərində 183 min 109 ədəd smartfon gətirilib.Smartfonlar Çindən, Hindistandan, Koreyadan, Gürcüstan vəVyetnamdan idxal edilib.

Seçilən
0
1
az.trend.az

2Mənbələr