Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Çindən Azərbaycana 154 min 128ədəd smartfon idxal edilib.
Trend-inDövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasındaapardığı hesablamalara görə, bu sayda smartfonların idxalınaçəkilən xərc 41,7 milyon ABŞ dolları olub.
Çindən smartfon idxalı ötən ilin eyni dövrü ilə müqayisədəmiqdar ifadəsi ilə 14 min 777 ədəd və ya 8,7%, dəyər ifadəsi ilə2,3 milyon ABŞ dolları, yaxud da 5,2% azalıb.
Belə ki, ötən ilin ilk iki ayında Azərbaycana Çindən 44 milyonABŞ dolları dəyərində 168 min 905 ədəd smartfon gətirilib.
Hesabat dövründə Çindən idxal olunan smartfonun bir ədədi üçünorta qiymət 270,4 ABŞ dolları olub ki, bu da, illik müqayisədə 9,7ABŞ dolları və ya 3,7% bahadır. Ötən ilin müvafiq dövründə buqiymət 260,7 ABŞ dolları idi.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycana 54,2milyon ABŞ dolları dəyərində 183 min 109 ədəd smartfon gətirilib.Smartfonlar Çindən, Hindistandan, Koreyadan, Gürcüstan vəVyetnamdan idxal edilib.