AZ

"Qarabağ" Çempionlar Liqasına II təsnifat mərhələsindən başlamaya bilər

"Qarabağ"ın Çempionlar Liqasına II təsnifat mərhələsindən başlayacağı rəsmiləşməyib.

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının 2025/26 mövsümündə mübarizəyə II təsnifat mərhələsindən başlamaya bilər.

Operativ Media-nın məlumatına görə, “İnter” və PSJ klublarının turnirdə finala yüksəlməsindən sonra hal-hazırda çempionatlarında çempionluğu rəsmiləşdirən komandalar arasında ən yüksək reytinqli Slovakiyanın "Slovan" və Azərbaycanın "Qarabağ" klubu II təsnifat mərhələsinə yüksəlməyə namizəddirlər.

Buna səbəb Hər PSJ və "İnter"in Çempionlar Liqasına liqa yolu ilə vəsiqə qazanmasıdır.

Lakin, reytinq xalı daha çox olan Macarıstanın "Ferentsvaroş" klubu ölkəsinin çempionu olarsa, "Qarabağ" ÇL-yə I təsnifat mərhələsindən başlayacaq. 

Norveçin "Bodo-Qlimt" komandasının Avropa Liqasını qazanacağı halda "Qarabağ"ın II təsnifat mərhələsindən başlamaq şansı artacaq.

Qeyd edək ki, turnirin final qarşılaşması mayın 31-də baş tutacaq.

Seçilən
0
1
operativmedia.az

2Mənbələr