"Qarabağ" ÇL-nin II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının 2024/25 mövsümündə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.
Operativ Media-nın məlumatına görə, bu qərar “İnter” və PSJ klublarının turnirdə finala yüksəlməsi ilə bağlıdır. Hər iki komanda Çempionlar Liqasına liqa yolu ilə vəsiqə qazandığı üçün, I təsnifat mərhələsində yer almalı olan ən yüksək reytinqli komandalar – Slovakiyanın “Slovan” klubu və Azərbaycan təmsilçisi “Qarabağ” avtomatik olaraq II mərhələyə keçid əldə edib.
Qeyd edək ki, turnirin final qarşılaşması mayın 31-də baş tutacaq.