AZ

UNEC-də XVI Karyera Yarmarkası keçirilib (FOTO)

Bakı. Trend:

UNEC-də Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət MəşğulluqAgentliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlikİli” çərçivəsində UNEC-in 95 illik yubileyinə həsr olunan XVIKaryera Yarmarkası keçirilib.

Tələbə və məzunlar üçün təşkil edilən Karyera Yarmarkasınınaçılışında UNEC-in rektoru professor Ədalət Muradov, əmək vəəhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, gənclərvə idman nazirinin müavini İndira Hacıyeva, Abşeron LogistikaMərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev, işəgötürənlər vədigər qonaqlar iştirak ediblər.

Açılış mərasimində çıxış edən UNEC-in rektoru professor ƏdalətMuradov Karyera yarmarkasında 105 şirkət tərəfindən 1050-dən çoxvakansiyanın təqdim edildiyini bildirib. O, tələbə və məzunlarınməşğulluq göstəricisinin vacibliyinə diqqət çəkərək, onlarınlayiqli iş tapmasının universitet qarşısında duran əsasvəzifələrdən biri olduğunu qeyd edib: “Formalaşdırdığımız insankapitalına əmək bazarı tərəfindən verilən dəyərin göstəricisi kimiməzunlarımıza təklif olunan əməkhaqqının məbləği fikrimizcə, dahaönəmlidir" deyə, rektor bildirib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini VüsalNəsirli, gənclər və idman nazirinin müavini İndira Hacıyeva,Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayevçıxışlarında gənclərin məşğulluğunun təmin edilməsi istiqamətindəgörülən işlərdən və əmək bazarına uyğun bilik və bacarıqların əldəedilməsinin əhəmiyyətindən danışıblar. Bu cür tədbirlərin tələbə vəməzunların əmək bazarına çıxışını dəstəkləmək, onların ixtisas vəmaraqlarına uyğun iş yerlərinə dair məlumatlandırılması vəişəgötürənlərlə ilkin əlaqələr qurmaq baxımından önəmli roloynadığını bildiriblər.

Sonra rəsmi qonaqlar təqdim edilən vakansiyalar və onlarıntələbləri ilə yaxından tanış olublar. İşəgötürənlər təmsiletdikləri müəssisələrin fəaliyyət sahələri, vakansiyalar üçünmüəyyənləşdirilən tələblər və işə qəbul prosesi barədə ətraflıməlumat veriblər.

Karyera yarmarkasında iştirak edən 2 minə yaxın tələbə və məzunvakansiyalar barədə ətraflı məlumat alaraq, uyğun vakansiyalaraCV-lərini təqdim ediblər, işəgötürənlər tərəfindən isə namizədlərinqeydiyyatı həyata keçirilib.

UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
Seçilən
0
9
az.trend.az

10Mənbələr