AZ

Kobaxidze Gürcüstanın hakim partiyasının yeni sədri seçildi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının yeni rəhbəri seçilib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

 Siyasi birliyin yerli telekanallar tərəfindən yayımlanan qurultayında partiya üzvləri onun namizədliyinə səs veriblər.

Partiyanın icraçı katibi Mamuka Mdinaradze səsvermədən sonra bildirib ki, İrakli Kobaxidze hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının rəhbəri seçilib.

Gürcü Arzusu”nun keçmiş sədri, keçmiş Baş nazir İrakli Qaribaşvili aprelin 25-də siyasətdən getdiyini bəyan edib. O, müxalifətə keçmək ehtimalını istisna edib.

Seçilən
0
1
operativmm.az

4Mənbələr