AZ

ABŞ Azərbaycan hərbçilərinin “NATO-Gürcüstan 2025” təlimində iştirakını yüksək qiymətləndirir

ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Qevara Tbilisidə yerləşən NATO-nun Əlaqələndirmə Ofisinin rəhbəri Aleksandr Vinnikovla görüşüb.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin “Facebook” hesabında məlumat paylaşılıb.

Bildirilib ki, görüşdə NATO ilə tərəfdaşlıq fəaliyyəti və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub.

“ABŞ, Azərbaycan hərbi qulluqçularının “NATO-Gürcüstan 2025″ kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirakını yüksək qiymətləndirir və Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir”, – deyə məlumatda qeyd edilib.

Seçilən
0
8
poliqon.az

10Mənbələr