AZ

ABŞ Azərbaycan hərbçilərinin NATO təlimində iştirakını yüksək qiymətləndirir

ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Qevara Tbilisidə yerləşən NATO-nun Əlaqələndirmə Ofisinin rəhbəri Aleksandr Vinnikov ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin "Facebook" hesabında bildirilib.

    Qeyd edilib ki, görüşdə NATO ilə tərəfdaşlıq fəaliyyəti və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub.

    “Birləşmiş Ştatlar Azərbaycan hərbi qulluqçularının "NATO-Gürcüstan 2025" kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirakını yüksək qiymətləndirir və Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir”, - məlumatda deyilir.

    Seçilən
    0
    8
    bakivaxti.az

    10Mənbələr