AZ

Qəzzada məktəb bombalandı: 20 nəfər...

Qəzza zolağının mərkəzində yerləşən Əl-Bureyc düşərgəsində məcburi köçkünlərin yaşadığı məktəbin bombalanması nəticəsində azı 20 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Əl-Əqsa” telekanalı məlumat yayıb.

“İsrailin köçkünlərin məskunlaşdığı məktəbə endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, aralarında uşaqlar da var, onlarla insan yaralanıb”,- deyə məlumatda qeyd edilib.

Telekanal həmçinin BMT, insan haqları və humanitar təşkilatları münaqişəyə son qoymaq və Qəzza zolağında sağ qalanları xilas etmək üçün təsirli addımlar atmağa çağırıb./axar.az

Seçilən
0
10
bakivaxti.az

10Mənbələr