Qəzza zolağının mərkəzində yerləşən Əl-Bureyc düşərgəsində məcburi köçkünlərin yaşadığı məktəbin bombalanması nəticəsində azı 20 nəfər həlak olub.
Viral.az xəbər verir ki, bu barədə Fələstinin “Əl-Əqsa” telekanalı məlumat yayıb.
“İsrailin köçkünlərin məskunlaşdığı məktəbə endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, aralarında uşaqlar da var, onlarla insan yaralanıb”,- deyə məlumatda qeyd edilib.
Son Yazılar:
- Qəzzada məktəbin bombalanması nəticəsində azı 20 nəfər ÖLDÜ
- yaşayış evlərini sel suları basdı
- ABŞ ilə husiləri Oman barışdırıb
Telekanal həmçinin BMT, insan haqları və humanitar təşkilatları münaqişəyə son qoymaq və Qəzza zolağında sağ qalanları xilas etmək üçün təsirli addımlar atmağa çağırıb.