AZ

Oğuzun 23 kəndində qaz olmayacaq

Oğuzun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Hurriyyet.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Yaqublu QPS qaz kəmərinin 15-ci km-də yaranmış qaz sızmalarının ləğvi ilə əlaqədar 07.05.2025-ci il tarixdə saat 10:00-dan etibarən “Oğuz (Yaqublu)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bununla əlaqədar Oğuz şəhər mərkəzi daxil olmaqla, rayonun 23 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Seçilən
0
37
hurriyyet.az

10Mənbələr