AZ

Bu ərazilərdə qaz olmayacaq

Oğuzun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Bu barədə Pravda.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, Yaqublu QPS qolu qaz kəməri”nin 15-ci km-də yaranmış qaz sızmalarının ləğvi ilə əlaqədar 07.05.2025-ci il tarixdə saat 10:00-dan etibarən “Oğuz (Yaqublu)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Bununla əlaqədar Oğuz şəhər mərkəzi daxil olmaqla rayonun 23 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Tarix: 6 May 2025, 22:16   
Seçilən
0
37
pravda.az

10Mənbələr