AZ

Əsl kərə yağını saxtasından ayırd etmək üçün ən SADƏ ÜSUL

Son illər kərə yağı adı ilə satılan məhsulların çoxu istehlakçılara düzgün seçim etməkdə çətinlik yaradır. Çünki bu məhsulların bir çoxu təbii kərə yağı deyil, müxtəlif süni qatqılarla hazırlanır.

Bu isə istehlakçının həm sağlamlığına, həm də cibinə zərər vurur. Kərə yağı əslində yalnız inək südünün qaymağından hazırlanmalı olan bir məhsuldur və heç bir bitki yağı, konservant və ya rəngləndirici maddə ehtiva etməməlidir.

Bəs, onları necə ayırd edək? Necə əmin ola bilərik ki, aldığımız məhsul əsl kərə yağıdır?

Mövzu ilə bağlı qida mütəxəssisi İlkin Şirinov Bizim.Media-ya danışıb. O bildirib ki, kərə yağlarında ilk olaraq markalanma düzgün şəkildə həyata keçirilməlidir.
 

“Məhsulun tərkibindəki yağlılıq dərəcəsi, qatqı  göstərilməlidir. Eyni zamanda sanitar normalara da riaayət edilməlidir. Lakin təəsüflər olsun ki, bir çox hallarda alıcılar gigiyenik qaydalara riayət olunmayan yerlərdən - bazarlar, metro önləri, avtomobillərin yük yerlərindən alırlar. Elə həmin məhsullar kərə yağı adı ilə istifadə olunur.


Nəzərə alsaq ki, südün bir litri müştəriyə 1,20 azn məbləğində təklif olunur. 18-20 litr süddən bir kq yağ hazırlamaq mümkündür. O zaman 4-5 azn məbləğinə satılan yağlar nə dərəcədə əsl kərə yağlarıdır? Məhsulun üzərində kərə yağı sözünün yazılması şərt deyil, onu tərkibi qeyd olunmalıdır. Hətta marketlərdə müştəri hər birinin tərkibini oxuduqdan sonra qərar verməlidir”.

Ekspertin fikrincə, müştərilər tanımadıqları və bələd olmadıqları yerlərdən kərə yağı almamalıdır:

"Bu, birbaşa insan sağlamlığına  təsir edən bir məsələdir. Şərtlərdən biri də yağın əriməsidir. Tərkibində yüksək dərəcədə qatqılar olan yağlar əridikdə kimyəvi bir maddənin qoxusu  gəlir.

Lakin əsl kərə yağı əriyən zaman süd qoxusu olur.  Kərə yağı kəsildikdə insanın bədən tempraturunda ələ qoyulduğu zaman əriyən bir xüsusiyyətə malikdir. Bunu digər yağlara şamil edə bilmərik. Fərqlər həmçinin hər ikisinin də tərkibinə isti su qatıldığında meydana çıxır”,- deyə o vurğulayıb.

Ayşən Rəhim, Bizim.Media

Seçilən
0
1
bizim.media

10Mənbələr