AZ

Makaronu belə saxlamaq ölüm TƏHLÜKƏSİDİR

Düyü və makaronun düzgün saxlanılmaması zəhərlənməyə səbəb ola bilər. Makaron və düyü kimi gündəlik istifadə olunan məhsulların səhv saxlanılması sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Bizim.Media xəbər verir ki, bu qidalar bişirildikdən sonra otaq temperaturunda uzun müddət saxlanıldıqda, zərərli bakteriyaların çoxalması üçün ideal mühitə çevrilir.

Nəyi bilməliyik?

Həkim digər bir istifadəçinin paylaşımına cavab olaraq bu mövzuya toxunub. Həmin paylaşımda 2008-ci ildə Belçikada yaşayan 20 yaşlı gəncin faciəvi ölümündən bəhs olunur. O, beş gün əvvəl bişirdiyi spagetti qalıqlarını soyuducuda saxlamadan otaq temperaturunda saxlamış və yeyəndən sonra ölüb. Makaronu yedikdən sonra onun vəziyyəti sürətlə pisləşib – şiddətli qusma və mədə-bağırsaq simptomları yaranıb. Ertəsi gün isə o ölü tapılıb. Məhkəmə-tibbi ekspertiza nəticəsində kəskin qaraciyər çatışmazlığı aşkar edilib və analizlər spagettidə Bacillus cereus adlı təhlükəli bakteriyanın yüksək səviyyədə olduğunu göstərib.

Həkimin sözlərinə görə, Bacillus cereus bakteriyası makaron və düyü yeməklərində çox sürətlə çoxalır – bu saatlar içində baş verə bilər, günlərlə gözləməyə ehtiyac yoxdur.

“Bu gəncin ölümü tibbdə tez-tez "qızardılmış düyü sindromu" adlanan vəziyyətlə bağlıdır. Bu sindrom zamanı düyü və ya makaron otaq temperaturunda uzun müddət qaldıqda bakteriyalar həddindən artıq çoxalır”.

Hansı hallarda bu yeməklər təhlükəli olur?

Bişmiş makaron və ya düyünü 2 saatdan artıq otaq temperaturunda saxlamayın.

Bişirdikdən 1 saat ərzində soyudun və dərhal soyuducuda və ya dondurucuda saxlayın. 24 saat ərzində istifadə edin və yenidən qızdırmayın. “İki saat qaydası” zəhərlənməni və ya ölümü mütləq etməsə də, bakteriyaların aktiv çoxalma nöqtəsini göstərir – bu mərhələdən sonra zəhərlənmə riski artır.

Qida zəhərlənməsinin əlamətləri:

Zəhərlənmə zamanı susuzlaşmanın qarşısını almaq üçün kifayət qədər su için, dincəlin, ağır və ya ədviyyatlı yeməklərdən uzaq durun, meyvə şirələri və qazlı içkilərdən çəkinin - unlar ishalı artırır.

Aşağıdakı hallarda dərhal həkimə müraciət edin:

Qanlı qusma, yaşıl rəngli qusma (böyüklərdə), birdən başlayan şiddətli baş ağrısı, güclü qarın ağrısı, nəfəs almaqda çətinlik, iştahasızlıq, ağızda quruluq (susuzlaşma), tutmalar, huşun itməsi. (lent.az)

Bizim.Media

Seçilən
0
7
bizim.media

10Mənbələr