AZ

Bakı metrosu 100 milyon manatdan çox gəlir əldə etdi

  “Bakı Metropoliteni” QSC-nin ötən il üzrə sərnişin daşımalarından əldə etdiyi gəlir 100 milyon 437,6 min manat təşkil edib.

Referans Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü ilin göstəricisindən 20,3% çoxdur.

Ötən il metropoliten xidmətlərindən 229 milyon 584,2 min nəfər (4,6% çox) istifadə edib.

Xatırladaq ki, Bakıda metropoliten 1967-ci ildən fəaliyyət göstərir. Hazırda Bakı Metropoliteni üç xətdən (yaşıl, qırmızı və bənövşəyi) və 27 fəaliyyət göstərən stansiyadan ibarətdir.  

Seçilən
0
10
referans.az

10Mənbələr