AZ

Bakı metrosu ötən il daşımalardan 100 milyon manatdan çox gəlir əldə edib

"Bakı Metropoliteni" QSC-nin ötən il üzrə sərnişin daşımalarından əldə etdiyi gəlir 100 milyon 437,6 min manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü ilin göstəricisindən 20,3 % çoxdur.

Ötən il metropoliten xidmətlərindən 229 milyon 584,2 min nəfər (4,6 % çox) istifadə edib.
Seçilən
0
9
sherg.az

10Mənbələr