2025-ci ilin birinci rübündə Gürcüstanın aldığı Rusiya qazının dəyəri son 18 ildə ilk dəfə olaraq Azərbaycandan idxal olunan "mavi yanacağın" dəyərini üstələyib.
"APA-Economics" Gürcüstanın Milli Statistika Xidmətinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-mart aylarında Gürcüstan qaza 183,048 milyon dollar xərcləyib ki, bunun da 100,647 milyon dolları Rusiyadan idxal olunan qazın payına düşüb (bütün tədarükün 55%-i).
Azərbaycandan idxal isə 82,401 milyon dollar təşkil edib.