Son 18 ildə ilk dəfə Gürcüstanın Rusiyadan aldığı qazın həcmi Azərbaycandan idxal etdiyi qazın həcmini üstələyib.
FED.az xəbər verir ki, Gürcüstanın Milli Statistika Xidmətinə görə, 2025-ci ilin yanvar-mart aylarında Gürcüstan qaza 183,048 milyon dollar xərcləyib ki, bunun da 100,647 milyon dolları Rusiyadan idxal olunan qazın payına düşüb (bütün tədarükün 55%-i).
Azərbaycandan idxal isə 82,401 milyon dollar təşkil edib. (Apa)