Bakı. Trend:
27 aprel tarixində keçirilən Lütfi Zadə adına riyaziyyat-məntiqolimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinalturunun nəticələri elan edilib.
Trendxəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, şagirdlər nəticələrini www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsilaldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər.
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası vəMəktəblilərarası fənn müsabiqələrinin final turu 31 may tarixindətəşkil ediləcək. Lütfi Zadə olimpiadasında şagirdlər 25 qapalı sualüzərindən biliklərini nümayiş etdirəcəklər. Məktəblilərarası fənnmüsabiqələrində isə şagirdlərə 15 açıq tipli sual təqdimediləcək.
Qeyd edilib ki, yarımfinal turunun nəticələri ilə bağlı ərizələr3 iş günü ərzində qəbul edilir. Müraciətlər [email protected] elektron ünvanına yazılı şəkildəgöndərilməlidir.