27 aprel tarixində keçirilmiş Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turunun nəticələri elan edilib.
Modern.az xəbər verir ki, şagirdlər nəticələrini www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər.
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin final turu 31 may tarixində təşkil ediləcək. Lütfi Zadə olimpiadasında şagirdlər 25 qapalı sual üzərindən biliklərini nümayiş etdirəcəklər. Məktəblilərarası fənn müsabiqələrində isə şagirdlərə 15 açıq tipli sual təqdim ediləcək.