“Azinterservis” ASC-nin səhmləri hərraca çıxarılır.
Hit.az xəbər verir ki, iyunun 10-da keçiriləcək hərracda ASC-yə məxsus 133 167 səhmin satılması planlaşdırılır. Bu, ümumi səhm paketinin 30 faizini təşkil edir.
Səhmlərin ümumi satış qiyməti 133 167 manatdır.
“Azinterservis” ASC 1 dekabr 1997-ci ildə təsis edilib. ASC-nin nizamnamə kapitalı 886 154 manatdır.
Abbas