AZ

"Qala-STB" ASC-də yeni sədr seçiləcək

"Qala-STB" Açıq Səhmdar Cəmiyyətinin 6 iyun tarixində səhmdarlarının ümumi yığıncağı  keçiriləcək.

Valyuta.az xəbər verir ki, tədbirin gündəliyinə Cəmiyyətin yeni sədrinin seçilməsi məsələsi daxildir.

ASC-nin yığıncağı saat 12:00-da, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 47 ünvanında yerləşən "Füzuli Residence" binasının 2-ci mərtəbəsində baş tutacaq.

Qeyd edək ki, yığıncaqda iştirak etmək istəyən səhmdarların qeydiyyatı həmin gün saat 09:00-dan etibarən başlayacaq. Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin təqdim olunması mütləqdir. Səhmdarlar yığıncaqda şəxsən və ya notarial qaydada təsdiqlənmiş etibarnamə ilə təyin olunmuş nümayəndə vasitəsilə iştirak edə bilərlər.

“Qala-STB” Açıq Səhmdar Cəmiyyəti 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Natiq Fərzəliyevdir. Xatırladaq ki, "Qala-STB” 2020-ci ildə “International Development Company” MMC-dən ayrılma yolu ilə yenidən təşkil olunmuşdu.

Bu ASC-nin nizamnamə kapitalı da azalıb. Belə ki, 327 500 manatdan 59 044 manata enib.

Maya Hüseynova

Seçilən
0
7
valyuta.az

8Mənbələr