AZ

"Ekolizinq" şirkətinin istiqrazlarına 2 investor 2 sifariş təqdim edib

8 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Ekolizinq" MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Birjanın yaydığı məlumata görə, qeyd olunan AZ2009019509 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 06.05.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.18 və 3.19  bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmamışdır. 

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "Ekolizinq" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2009019509

İstiqraqzların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması: Kütləvi/ Rəqabətli hərrac

İstiqrazların sayı:  250 ədəd

İlkin ticarət qiyməti:  1000 ABŞ dolları

Buraxılış həcmi:  250 000 ABŞ dolları

İllik gəlirlilik faizi: 10%

Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir

Tədavül müddəti:  3 il

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 250 000 ABŞ dolları

Reallaşdırılmış həcm:  250 000 ABŞ dolları

Minimal qiymət:  1000 ABŞ dolları (10%)

Maksimal qiymət: 1000 ABŞ dolları (10%)

Ehtimal olunan kəsmə qiymət*:  1000 ABŞ dolları (10%)

Ortaçəkili qiymət: 1000 ABŞ dolları (10%)

İnvestor sayı:  2

Sifariş sayı:  2

Anderrayter:  "Invest-AZ İ.Ş.” QSC

Seçilən
0
3
marja.az

10Mənbələr